Kəlbəcərli seçicilərlə növbəti qəbul keçirilib - + FOTO

Kəlbəcərli seçicilərlə növbəti qəbul keçirilib + FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən Kəlbəcər rayonundan olan seçicilərlə növbəti qəbul keçirilib.
Qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, seçicilərin müraciətləri əsasən işlə təmin olunmaq, yaşayış yeri ilə təmin edilmə, qeydiyyat, sənədləşdirmə, sosial müavinətlərin alınması, mənzil-məişət şəraitlərinin yaxşılşadırılması və digər sosial problemlərlə bağlı olub.
Həbib Misirovun verdiyi məlumata görə seçicilərin problemlemləri dinlənilib, millət vəkilinə ünvanladıqları ərizələri qəbul edilib və qaldırdıqları bəzi sosial problemlər yerindəcə həll edilib və digər problemlərin həlli istiqamətində işlərin görüləcəyi bildirilib.
Bəzi seçicilərin problemləri əlaqədar dövlət qrumları ilə birgə yerindəcə həll edilib, bəzilərinin isə ərizə və şikayət məktublarının aidiyyatı orqanlara göndərilməsi üçün tapşırıqlar verilib. Bildirilib ki, Millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır: "Hazırda ölkəmizdə əhalinin ən həssas təbəqələrindən biri olan məcburi köçkünlərə davamlı şəkildə diqqət və qayğı göstərilməsi dövlətimizin ümdə vəzifələrindən biridir. Öz şəxsi nümunəsində bunu Ulu Öndər Heydər Əliyev davamlı şəkildə göstərib, bu gün Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirərək hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Sosial müdafiəyə daima ehtiyac duyan bu insanların həyat və məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür".

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !