Kukla Teatrında Unudulmuş kukla -

Kukla Teatrında “Unudulmuş kukla”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşa ərsəyə gətirilib. Belə ki, alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist Stefan Sveyqin “Yad qadının məktubu” novellası əsasında “Unudulmuş kukla” adlı tamaşa hazırlanıb.

 

Böyük yaş qrupu tamaşaçılar və festivallar üçün nəzərdə tutulan tamaşa dekabrın 2-də ilk premyerası ilə teatrsevərlərin ixtiyarına veriləcək.

 

Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədova olan tamaşanın əsas ideyası bir qadının cavabsız sevgisidir.

 

Uğursuz hisslərinə görə cəmiyyətə nifrətlə yaşayan, daha doğrusu, ondan imtina edilməsinin intiqamını elə məhz özündən alan, özünü bu ağır həyata məhkum edən zibillik divanəsi qadının iztirabları tamaşanın ana xəttini təşkil edir. Məhz zibillikdə tapdığı oyuncaqla özünün bütün daxili sarsıntılarını tamaşaçıya ustalıqla ifadə edən qadın sonda özünü əbədi zülmətə qərq edir.

 

Rejissorun fərqli prizmadan yozum verdiyi “Unudulmuş kukla” tamaşasında teatrın aparıcı aktrisaları Cəmilə Allahverdiyeva (Qadın) və Elmira Hüseynova (Səfil) rol alıblar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !