Türkiyə mediasında yayımlanan Azərbaycan saatı verlişində Ağdam rayonundan olan İsmayılovlar ailəsi haqqında yanlış məlumat - + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Türkiyə mediasında yayımlanan “Azərbaycan saatı” verlişində Ağdam rayonundan olan İsmayılovlar ailəsi haqqında yanlış məlumat + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Türkiyə mediasında yayımlanan “Azərbaycan saatı” verlişində Ağdam rayonundan olan İsmayılovlar ailəsinin həyətlərində tikdirdikləri tikintinin Ağdam rayon icra hakimiyyəti tərəfindən zorla dayandırılması barədə məlumat yayılıb.

 

Yayımlanan vedeomaterialda rayonun Sarıcalı kənd sakini Xədicə İsmayılova yaşadıqların evin həyətlərində apardıqları tikinti işlərinə Ağdam rəsmilərinin mane olduğunu vurğulayıb. Və xanım müsahib öz iddialarında rayon rəsmilərinin ziddiyyətli şəkildə onlara tikinti tikməyə icazə vermədiyini bildirib.

 

Əməkdaşımız məsələyə ikitərəfli aydınlıq gətirmək məqsədi ilə araşdırma aparıb.

 

Ağdam Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Əbdüləli Mehtiyev X.İsmayılovanın mediyada səsləndirdiyi şikayətin əsassız olduğunu bildirib: “Bəli, həmin tikintinin dayandırılması ilə bağlı kənd sakini Səfər İsmayılova rəsmi qaydada müraciət ünvanlamışıq. Buna əsas isə tikintinin icazəsiz aparılmasıdır. Qeyd edim ki, onların tikinti aparmaları barədə tərəfimizə heç bir müraciət daxil olmayıb. Bu da Tikinti və Şəhərsalma məcəlləsinin 75 maddəsinə ziddir. Biz həmin ailə ilə görüşərək müvafiq tapşırıqları vermişik. Tərəfimizdən onlara tikinti sənədlərini qaydasına samaqda yaxından yardım göstəriləcəyini də bildirlib. Bundan sonra sözügedən tikintinin bir hissəsi avtomobil yolunun mühafizə zolağında aparılır.”

 

Ə.Mehtiyev həmçinin ailənin sözügedən ərazidə icazəsiz tikinti işlərinin aparmasının Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 188-ci (188.1, 188.2) maddəsinə zidd olduğunu bildirib. Bundan başqa rayon rəsmisi xarici mediada yayımlanan “Azərbaycan Saatı” verlişinə yalnış məlumat verdiyinə görə Ağdam Rayon İcra Hakimiyyətindən üzr isdəyib.

 

Bu işə şikayətçi tərəf nə deyir?

 

Əməkdaşımızla söhbət edən Sarıcalı kənd sakini Xədicə İsmayılova “Azərbaycan Saatı” verlişinə yalnış məlumat verməsini faktını etiraf edib: “Çəmənli kənd inzibati dairə üzrə nümayəndilikdən tikintinin qanunsuz olaraq inşa edildiyi üçün onun dayandırılmasını bildirdilər. Mən də tikintinin nə səbəbdən qanunsuz inşa edildiyini bilmədiyim üçün və əsəbi olduğum üçün Türkiyə mediyasında yer alan “Azərbaycan Saatı” verlişinin nümayəndəsinə müsahibə verərək bildirdim ki, “Ağdam Rayon İcra Hakimiyyətinin və yerli Çəmənli kənd İnzibati Dairə üzrə nümayədəliyin vəzifəli şəxsləri mənə öz şəxsi həyətyanı sahəmdə yardımçı binanın tikilməsinə imkan vermirlər, bizi incidirlər.” Sonradan məni Ağdam rayon İcra Hakimiyyətinin Tikinti Və Memarlıq şöbəsinə dəvət etdilər. Və binanın nə üçün qanunsuz tikinti olması səbəbini mənə ətraflı izah etdilər. Mənə aydın oldu ki, həqiqətən də tikdirdiyim yardımçı bina qanunsuzdur. Buna görə də “Azərbaycan Saatı” verlişinə verdiyim yalnış müsahibəyə görə Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələrindən üzr isdədim. Və qanunsuz tikinti üçün barəmdə tədbir görmülməməsini xahiş etdim. Bu mqsədlə tikintinin qanuniləşdirilməsi üçün lazım olan sənədlərin hazırlanıb, Rayon İcra Hakimiyyətinə təqdim olunmasını tövsiyyə etdilər.”

 

Araşdırma zamanı cəbhə sakini Xədicə xanımın iddiaları və “Azərbaycan Saatı”nın yaydığı informasiyanın həqiqəti əks etdirmədiyi məlum oldu. Qeyd edək ki, həmin TV proqram aprel döyüşləri zamanı saytımızın əməkdaşının qaynar nöqtədən hazırladığı reportajın yalan olduğu və jurnalistin təxribatçı olduğu barədə məlumat yaymışdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !