Masallıda İntellekt intellektual bilik yarışı - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “İntellekt” intellektual bilik yarışı + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, 23 noyabr 2016 -cı il tarixdə Masallı Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “İntellekt” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.“İntellek” oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən İntellektual bilik yarışında intellekt sahibləri öz intellek səviyyələrini sınamışlar. Yekununda Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin komandası I yerə, N.Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbinin komandası II yerə, Kosakül kənd tam orta məktəbinin komandası III yerlərə layiq görülmüşlər.
Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

 

AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !