Təhsildə İKT və informasiya mədəniyyəti -

Təhsildə İKT və informasiya mədəniyyəti

Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2009) qalibi, Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Şurasının qərarıyla çap edilmiş vəsait bütün kateqoriyalardan olan təhsil işçiləri üçün nəzərdə tutulub.

 

Vəsaitdə informasiya-kommunikasiya texnologiyaları və informasiya mədəniyyətinin formalaşması məsələləri geniş izah edilib. Burada onlayn mühitin sakinləri – netizenlərin davranış qaydaları, yəni netiket məsələləri də ayrıca təqdim olunur. Bundan başqa sosial şəbəkələr və onların həyatımızda rolu, təhsil prosesində bu imkanlardan istifadəyə geniş yer verilir.

 

Ayrıca olaraq təhsil prosesində İKT-dən istifadə etməklə şagirdlərin informasiya mədəniyyətinin formalaşdırılması təhlil edilir, onlayn xidmətlərlə bağlı gərəkli bilgilər təqdim olunur.

 

Vəsaitdə İKT-dən istifadə etməklə qurulan dərs örnəyi – layihəsi də oxucuların istifadəsinə verilir. Əlavə olaraq müəllim və şagirdlərin (tələbələrin) istifadə edə biləcəyi onlayn resurslar haqqında bilgi təqdim edilir.

 

Qeyd edək ki, bu əsər Almaz Həsrətin ilk belə nəşri deyil. O, buna qədər orta məktəblərin VII, VIII, X və XI sinifləri üçün “Biologiya” dərsliklərinin, həmçinin geniş həcmli biologiya lüğətinin həmmüəlliflərindən biri olub.

 

Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !