Sumqayıt teatrının növbəti mövsümünün açılışı keçirilmişdir - + FOTO

Sumqayıt teatrının növbəti mövsümünün açılışı keçirilmişdir + FOTO

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 48-ci mövsümün açılışına hazırlaşıb. Teatr mövsümün ilk tamaşası kimi M.F.Axundzadənin “Hacı Qara” komediyasını təqdim edib.

 

Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, 1957-ci ildə tikilən binada yüksək zövq və keyfiyyətlə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Noyabrın 22-də teatr növbəti mövsümünü Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası ilə açıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovdur.

 

Traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının "Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayıb. Əsas rolları Əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar İlham Səfərli, İlahə Səfərova və başqaları təqdim edib.

 

Açılış mərasimində şəhər rəhbərliyinin, respublikanın tanınmış ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirak edib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !