Azərbaycan xalçaları jurnalının XX sayı nəşr olunub - + FOTO

“Azərbaycan xalçaları” jurnalının XX sayı nəşr olunub + FOTO

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalın növbəti XX sayı işıq üzü görüb. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Azərbaycan, rus, ingilis dillərində məqalələrin dərc olunduğu jurnalda respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika da öz əksini tapmışdır.
Jurnalın üz qabığında XIX əsrin sonlarında Quba rayonunun Cimi kəndində toxunmuş və üzərində oğuzların Bayandur boyunun damğası olan kilimin fotoşəkli öz əksini tapmışdır. Bu sayda akademik İsmayıl Hacıyevin “Qeysəriyyə-örtülü Şərq bazarı”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəqala”, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Azərbaycan “Qarxun”ları: yurdlar və xalçalar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın ““Hayat ağacı” ənənəvi xalça mədəniyyətində əsas arxetipik obraz kimi”, tarix üzrə fəlsəfə doktoru Südabə Zeynalovanın “Azərbaycanda alman məskənlərinin tarixi və etnoqrafik xüsusiyyətləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dürdanə Qədirovanın ““Malıbəyli” xalça naxışlarının semantikası”, professor Yaşar Çoruhlunun (Türkiyə) “Türk dünyası halı ve düz dokuma yaygılarında kozmolojik ve simgesel anlamı olan bazı motif, şekil ve düzenlmeler üzerine düşünceler”, Çinara Çoçunbayevanın (Qırğızıstan) “Şırdak”, tarix üzrə fəlsəfə doktoru Almas Cavadovanın “XVI əsrin II yarısında Səfəvi-Osmanlı siyasi münasibətlərində iqtisadi amilin rolu” və s. kimi müxtəlif tarixi, etnoqrafik mövzulara həsr olunmuş məqalələr yer almışdır.
Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !