Gənclər Fondunun dəstəyi ilə Qubada basketbol idman növü təbliğ edilir - + FOTO

Gənclər Fondunun dəstəyi ilə Qubada basketbol idman növü təbliğ edilir + FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə fərdi şəxs Novruz Feyzullayev tərəfindən icra edilən “Sağlam gənclik spartakiadası” layihəsi çərçivəsində Quba rayonunun Qaraçay kəndində oğlanlar arasında basketbolun 3*3 növü üzrə turnir keçirilib.
Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri N.Feyzullayev layihənin əsas məqsədinin yeniyetmə və gənclər arasında idmanın təbliği, eyni zamanda gəncərin idmana cəlb edilməsi və rayonda basketbol idman növününü inkişaf etdirilməsinə dəstə vermək olduğunu qeyd edib. Natiq layihəsinə dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürünü bildirib. Qeyd edib ki, bu rayonda Gnclər Fondunun dəstəyi ilə təşkil edilən ilk basketbol turniri kimi tarixi əhəmiyyət daşıyır.
Alekseyevka, İqriq, Qaraçay və Zərdabi kəndlərindən olan gənclərin birləşdiyi komandaların mübarizəsində bütün rəqiblərinə qalib gələn Zərdabi basketbolçuları turnirin qalibi adını qazanıb. Qaraçay komandası ikinci, Alekseyevka və İqriq idmançıları isə müvafiq olaraq üçüncü və dördüncü yeri tutublar.
Yekunda qalib və mükafatçılara kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, “Sağlam gənclik spartakiadası” çərçivəsində bu günə qədər Quba rayonunun Qırmızı qəsəbə yaşayış massivində qızlar, Zərdabi qəsəbəsində oğlanlar arasında voleybol, Püstəqasım kəndində oğlanlar və qızlar arasında stolüstü tennis yarışları keçirilib, eyni zamanda voleybol və basketbol idman növü üzrə oyun qaydalarının təbliği və gənc hakimlərin yetişdirlməsi məqsədilə Qırmızı qəsəbə və Zərdabi qəsəbələrində ekspertlərin iştirakı ilə iki təlim seminar keçirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !