MASALLIDAKI ASAN həyat kompleksində Beynəlxalq Uşaq Hüquqları Günü qeyd olunub - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLIDAKI “ASAN həyat” kompleksində Beynəlxalq Uşaq Hüquqları Günü qeyd olunub + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, noyabrın 19-da Masallı şəhərindəki “ASAN həyat” kompleksində Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-a istinadən bildiririk ki, Təhsil Nazirliyi, “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı, “BİR” Tələbə Könüllülərinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş tədbirin məqsədi Masallı rayonunda yaşayan və sosial həssas təbəqədən olan uşaqların istək məktublarına əsasən onlara hədiyyələrin çatdırılması, uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, uşaqlarda təhsilə, şəxsi inkişafa həvəs oyatmaq, onlar üçün xoş və yaddaqalan bir gün təşkil etmək idi.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova,
Təhsil Nazirliyinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional şöbəsinin müdiri Zöhrab Həsənov çıxış edərək, Beynəlxalq Uşaq Hüquqları Gününün əhəmiyyətindən danışıblar.
Masallı rayonunda yaşayan, vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş aztəminatlı, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud 52 uşağın istəyi “ASAN məktub” layihəsi vasitəsilə reallaşdırılıb, həmçinin Təhsil Nazirliyinin “BİR” Tələbə Könüllüləri tərəfindən onlara əlavə hədiyyələr verilib.
Balacalar “ASAN həyat” kompleksindəki kino-klubda cizgi filminə baxıb, Təhsil Nazirliyinin tabeliyində olan uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivlərinin çıxışlarına tamaşa ediblər.

 


AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !