"AZpress" xəbər saytına təşəkkür ziyarəti edildi -

"AZpress" xəbər saytına təşəkkür ziyarəti edildi

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində keçirilən “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans”adlı layihəyə verdiyi informasiya dəstəyinə görə "AZpress" xəbər saytının baş redatoru cənab Rasim Sadıxova təşəkkür ziyarəti edildi.


Ziyarət zamanı “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin Baş Katibi Ramin Nurəliyev Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində keçirilən layihə barədə Rasim Sadıxova ətraflı məlumat verdi. Layihə çərçivəsində Danimarka Parlamentinin üzvü xanım Yıldız Akdoğan, Aarhus Bələdiyyəsinin üzvü və Danimarka Parlamentinin əvvəlki çağırış millət vəkili Hüseyin Araç və 120-yə yaxın Danimarka vətəndaşı ilə görüşlər keçirilmişdir. Bununla yanaşı beynəlxalq konfrans təşkil edilmiş 1988-ci ildə Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlının tarixi torpaqlarından etnik təmizləməyə məruz qalmaları, daha sonra elan olunmamış müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yerləşən qədim Azərbaycan torpaqlarının işğal edilməsi, bu işğal nəticəsində 700 minədək vətəndaşımızın öz torpaqlarını məcburi tərk etməsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusən də, Skandinaviya ölkələrindən olan Danimarka Krallığının diqqətinə çatdırmışdır. Layihə Danimarka və Azərbaycan KİV tərəfindən işıqlandırılmış, Azərbaycan Televiziyası “xəbərlər” reportajında məlumat verilmişdir. Həmçinin, AZpress xəbər saytında mütamadi olaraq ictimaiyyət məlumatlandırılmışdır. Konfransın yekun aktı tərtib edilmiş bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Danimarka Parlamentinə göndərilmişdir. Danimarka Parlamenti Danimarka Parlamentinin aktın cavabı ilə bağlı bildirilmişdir ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciətinizin mətni əlavə fayl ilə birlikdə Xarici Əlaqələr Komitəsinin bütün üzvlərinə paylanmışdır. Bundan başqa Danimarka Parlamentinin (Folketinget) saytında dərc olunmuşdur.


Görüş zamanı Rasim Sadıxov da görülən işlərin yüksək qiymətləndirdiyini və hər zaman dəstəyə hazır olduqlarını ifadə etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !