ADU-da Daxili motivasiya üçün 3D səyahət mövzusunda təlim keçirilib -

ADU-da “Daxili motivasiya üçün 3D səyahət” mövzusunda təlim keçirilib

Noyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH layihəsinin təşkilatçılığı ilə “Daxili motivasiya üçün 3D səyahət” mövzusunda təlim keçirilib. İnteraktiv formada keçən təlimdə SABAH-ın baza ali təhsil müəssisələri olan müxtəlif universitetlərin tələbələri iştirak edib.
İngilis dilində ünsiyyət və şəxsi inkişaf proqramı olan GR8-in həmtəsisçisi və Biznes inkişafı üzrə meneceri, təlimçi Coşqun Kərimov öz fəaliyyəti, həmçinin şəxsi inkişafa həsr olunan “Kvan” adlı kitabı haqqında qısa məlumat verib.
Daha sonra o, “Daxili motivasiya üçün 3D səyahət” mövzusunda çıxış edib. Təlimçi, eyni zamanda hobbini işə çevirmək, dövrün tələblərinə uyğun fərdi inkişafın formalaşdırılması, təqdimat bacarığı və CV-nin (tərcümeyi-hal) düzgün hazırlanması yolları barədə danışıb.
Sonda o, təlimdə fəal iştirak edən 3 tələbəyə müəllifi olduğu “Kvan” kitabını hədiyyə edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !