Qubada Ənənəvi islam və multikultural dəyərlərin təbliği adlı layihə davam edir -

Qubada “Ənənəvi islam və multikultural dəyərlərin təbliği” adlı layihə davam edir

Noyabrın 18-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə yardımı və Quba rayon Zizik kənd məscidi dini icmasının təşkilatçılığı ilə Quba rayonunun Zizik kənd məscidində “Ənənəvi islam və multikultural dəyərlərin təbliği” adlı layihə çərçivəsində “Azərbaycan tolerantlıq mühiti dünyaya nümaunə kimi” adlı tədbir həyata keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ramin Nəcəfov, Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov və dindarlar iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ramin Nəcəfov çıxışında dövlətin kənd dini icmalarına göstərdiyi qayğını yüksək qiymətləndirdiyini bildirib və məhz bu aspekdən məsələyə yanaşdıqda Azərbaycanda dövlət – din münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edib.
Çıxış edən Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov Azərbaycan dövlətinə və onun başçısı, möhtərəm Prezident İlham Əliyevə minnətdarlığını bildirərək qeyd edib ki, dini icmalara göstərilən qayğı onlarda ruh yüksəkliyi yaradır və dövlətə olan inamı daha da möhkəmləndirir. O, bildirib ki, Azərbaycanda mövcud olan tolerant mühit dünya dövlətləri üçün nümunə rolunu oynayır.
Sonda dindarları maraqlandıran suallar cavablandırılıb  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !