Qubada dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib - + FOTO

Qubada dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib + FOTO

Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Xucbala kəndində “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısının Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pənah İbrahimov və Xucbala kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri, dini icma sədrləri və üzvləri iştirak ediblər.
Quba RİH başçısının Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi P.İbrahimov bildirib ki, rəhbərlik etdiyi ərazidə bu mövzuda son dövrlər də kifayət qədər maarifləndirici tədbirlər keçirilib və müsbət təsirini göstərməkdədir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini R.Xudayev geniş məruzə ilə çıxış edərək deyib ki, dini radikalzimlə mübarizə aparmaq üçün gənclər dini biliklərə düzgün yiyələnməli, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn hüquq və vəzifələrini bilməlidirlər. Azərbaycan dövləti dini radikalizmə qarşı maarifləndirmə yolu ilə apardığı mübarizə hesabına kifayət qədər gənci bu yoldan çəkindirməyə nail olub. Hazırda bu sahədə işlər uğurla icra edilməkdədir.
Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev, Quba rayonu Digah kənd məscidinin imamı Eldar Qurbanov və digər çıxış edən natiqlər Azərbaycan dövlətinin din siyasətini dəstəklədiklərini bildirərək, dövlətin dindarlara qayğısından bəhs etdilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !