Qubada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib - + FOTO

Qubada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib + FOTO

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonunun Ağbil kəndində Vladimirovka kənd inzibati dairəsinə daxil olan kəndlərin sakinlərinin iştirakı ilə “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Azərbaycan tolerantlığa nümunə diyar kimi” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati dairəsi üzrə nümayəndəsi İslam Abayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati dairəsi üzrə nümayəndəsi İslam Abayev bildirib ki, Quba rayonu, o cümlədən Vladimirovka kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərdə kifayət qədər azsaylı xalqların nümayəndələri yaşayırlar. Tədbirdə məruzə ilə çıxış edən Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq tolerantlığın Azərbaycan nümunəsi dünya dövlətləri tərəfindən öyrənilməkdədir.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !