ADU-da İslam və multikulturalizm mövzusunda elmi-praktik konfrans keçirilib -

ADU-da “İslam və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib

Noyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatının (THT) təşkilatçılığı ilə “İslam və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. O, təhsil müəssisəsində 20-dən çox müxtəlif dillərin tədris olunduğunu, burada 7 fakültə, 16 mərkəz və 25 kafedranın fəaliyyət göstərdiyini, həmçinin universitetin 7000-ə yaxın tələbəyə təhsil verdiyini iştirakçıların nəzərinə çatdırıb. ADU-nun ölkənin aparıcı universitetlərindən olduğunu bildirən professor burada artıq multikulturalizmlə bağlı tədbirlərin silsilə şəkildə keçirildiyini sözlərinə əlavə edib. Onun sözlərinə görə, multikulturalizm anlayışı son dövrlərin məhsulu olsa da, Azərbaycanda tarixən multikultural ab-hava mövcud olub, eyni zamanda tolerant xalqımız ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri ilə sülh şəraitində yaşayıb. İslam və multikulturalizmin əlaqəsindən danışan D.Yunusov həmin dinin dəyərlərindən, onun insanın püxtələşməsi prosesinə müsbət təsirindən bəhs edib.
Konfransda multikulturalizmin yaranması, tarixi, onun ölkəmizdə formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu, Azərbaycanda uğurla həyata keçirilməsi, bunun da öz növbəsində dövlətimizi beynəlxalq miqyasda tanıtmaq missiyasında mühüm əhəmiyyət kəsb etməsindən danışılıb. Daha sonra İslam və multikulturalizmin qarşılıqlı əlaqəsi, Quran ayələrində multikultural dəyərlərin öz əksini tapması, birlik dini olan islamda ayrı-seçkiliyə yol verilmədiyindən, islamafobiya siyasətinin böhtan üzərində qurulmasından söz açılıb. Çıxışçılar sonda belə maarifləndirici tədbirin ərsəyə gəlməsində ADU rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.
Konfransda, eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.
Sonda “Tək bir yol var, onun yolu” adlı video-çarx nümayiş olunub.
Qeyd edək ki, konfransda “İdeal” Sülhün Təbliği Fondunun rəhbəri Əlikram Müzəffər, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev, akademik, general Yəhya Yusif Caniyar, Azərbaycan Respublikası Prezident Administrasiyasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Ceyhun Məmmədov, İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi, Azərbaycan Həmkarlar İttifaqları konfederasiyasının şöbə müdiri Namiq Hüseynov, müxtəlif qurumların əməkdaşları, həmçinin ADU-nun professor-müəllim heyəti və tələbələri də iştirak edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !