Qubada dini radikalizmlə mübarizə təbliğ edilir - + FOTO

Qubada dini radikalizmlə mübarizə təbliğ edilir + FOTO

“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında növbəti tədbir keçirilib.
Tədbirdə layihə rəhbəri Yusif Abayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Baş müəllimi Zəminə Qayıbova, Dini Qurumlar iş Üzrə Dövlət Komitəsinin Quba Regional şöbəsinin nümayəndəsi Elnur Ağasıyev və tələbələr iştirak ediblər.
Y. Abayev bildirib ki, layihənin vəzifəsi yeniyetmə və gənclər, eləcə də region əhalisi arasında dini maarifləndirmənin səviyyəsini artırmaq, gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, məlumatlandırma yolu ilə yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına dəstək olmaq, bu istiqamətdə görülən işlər haqqında saytda yerləşdiriləcək məqalələr vasitəsilə layihənin icra olunacağı bölgənin əhalisinin məlumatlanmasıdır.
Z. Qayıbova Azərbaycan xalqının həmişə dostluğa, beynəlmiləlçiliyə, dini tolerantlığa, multikulturalizmə üstünlük verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan islam dünyası üçün mədəni inkişaf nümunəsidir.
E. Ağasıyev çıxışında sözügedən layihənin gənclər arasında dini maarifləndirmə işlərinin aparılması və bunun nəticəsində yeniyetmə və gənclərimizin bu sahədə məlumatlı olaraq dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına xidmət edəcəyini deyib.
Tədbirdə tələbələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !