Qubada dini maarifləndirmə işləri aparılır - + FOTO

Qubada dini maarifləndirmə işləri aparılır + FOTO

“Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyi “Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrasını davam etdirir.

Layihə Qubada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə növbəti tədbir keçirilib.
Tədbirdə İctimai Birliyin sədr müavini Vaqif Həsənov layihənin məqsədi və donoru haqqında məlumat verib. V. Həsənov layihənin regionda yaşayan və təhsil alan yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmə işləri aparmaq məqsədi ilə icra olunduğunu bildirib.
Layihənin eksperti yeniyetmə və gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq hissinin aşılanmasının vacibliyindən danışıb, yeniyetmə və gəncləri dini radikalizmlə mübarizədə aktiv olmağa səsləyib.
Tədbirdə iştirakçılara layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !