Karvan Qubada layihə icra edir - + FOTO

“Karvan” Qubada layihə icra edir + FOTO

“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Qədim Quba gənclərin gözü ilə!” layihəsini icra edir.
Layihə çərçivəsində Quba rayonunda ilk tədbir keçirilmişdir. Tədbirdə layihənin məqsədi və donu haqqında ətraflı məlumat verilmişdir.
Yeniyetmələrə Azərbaycanın tarixi keçmişi, Qubanın gəzməli və gözəl mənzərəli yerləri, Qubada turizmin inkişafı məqsədi ilə yaradılan şəraitdən danışılıb. Rayonda olan qədim abidələrin qorunub saxlanmasından məlumat verilərək onların restavrasiya olunmasının əhəmiyyəti vurğulanmışdır.
Şagirdlərə layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı bukletlər və dəftərxana ləvazimatları paylanılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !