Qubada dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə tədbir keçirilib -

Qubada dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə tədbir keçirilib

“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsini icra edir.
Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında layihə rəhbəri Yusif Abayevin, Dini Qurumlar iş Üzrə Dövlət Komitəsinin Quba Regional şöbəsinin nümayəndəsi Elnur Ağasıyevin və tələbələrin iştirakı ilə ilk tədbir keçirilib.
Y. Abayevin tələbələrə layihənin məqsədi və donoru haqqında məlumat verib. Bildirib ki, layihənin vəzifəsi yeniyetmə və gənclər, eləcə də region əhalisi arasında dini maarifləndirmənin səviyyəsini artırmaq, gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, məlumatlandırma yolu ilə yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına dəstək olmaq, bu istiqamətdə görülən işlər haqqında saytda yerləşdiriləcək məqalələr vasitəsilə layihənin icra olunacağı bölgənin əhalisinin məlumatlanmasıdır.
E. Ağasıyev çıxışında sözügedən layihənin gənclər arasında dini maarifləndirmə işlərinin aparılması və bunun nəticəsində yeniyetmə və gənclərimizin bu sahədə məlumatlı olaraq dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına xidmət edəcəyini deyib.
Tədbirdə tələbələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !