Masallıda Milli Dirçəliş Günü və Heydər Əliyev və Azərbaycan gəncliyi mövzusunda dəyirmi masa - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “Milli Dirçəliş Günü” və “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

15 noyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, YAP Masallı rayon təşkilatının və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Milli Dirçəliş Günü” və Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gənclıyi” mövzusunda dəyirmi masa keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolunu diqqətə çatdıraraq bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs gənclərimizin həyatında öz tövhəsini verməkdədir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı aparatının baş təlimatçısı, gənclər birliyinin sədir müavini Cəlal Əliyev geniş məruzə edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və ümummilli lider Heydər Əliyev YAP-ın sədri seçildi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı.
Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov, rayon Təhsil şöbəsinin metodisti Gülağa Məmmədov , YAP Masallı rayon təşkilatı aparatının təlimatçısı Şəmşir Kərimov, Qızılağac 2 saylı kənd tam orta məktəbinin tarix müəllimi Sərxan Əhmədov və başqaları çıxış edərək bildirdilər ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsindən, istedadlı gənclərin üzə çıxarılmasından və onların ölkənin gələcəyinə töhfə verməsindən ibarətdir.

 

 

AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !