Çin gəncləri nin rəhbəri Dillər Universitetinin qonağı oldu - + FOTO

“Çin gəncləri”nin rəhbəri Dillər Universitetinin qonağı oldu + FOTO

Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Qafqaz və Xəzər regionu üzrə “Çin gəncləri” inzibati bölməsinin rəhbəri cənab Yan ilə görüş keçirildi.
Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov institutun elmi tədris və ictimai fəaliyyəti, həmçinin tarixi İpək yolunun tərəqqisi üzrə “Bir kəmər və bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsində aparılan araşdırmalar haqqında qonağa məlumat verdi. O, qonağı Konfutsi İnstitutunda Ümummilli lider Heydər Əliyev siyasətinin davam etdirilməsi və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəlli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf istiqamətlərində fəaliyyəti üzrə informasiya bazası ilə tanış etdi.
Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jinhua Çin dili kursunun fəaliyyəti, mədəni tədbirlərin, elmi tələbə seminarlarının, həmçinin KİV sahəsində gənclər siyasətinə və Azərbaycan-Çin əməkdaşlığına həsr edilən toplantıların keçirilməsi barədə danışdı.
Azərbaycan Dillər Universitetinə ilk gəlişindən məmnun olduğunu bildirən cənab Yan Konfutsi İnstitutunun Çin dilinin tədrisi ilə məşğul olduğunu bildirdi, onun Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti, müasir həyatı ilə tanış etməsini yüksək qiymətləndirdi. O, ADU-nun Konfutsi İnstitutu tərəfindən aparılan aktiv fəaliyyətin Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini xüsusilə qeyd etdi.
Sonda gənclər siyasəti sahəsində iki ölkənin informasiya əməkdaşlığı üzrə fikir mübadiləsi aparıldı.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !