AzTU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub - + FOTO

AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub + FOTO

 Hər il noyabr ayının 16-sı dünyada “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunur. Bu ənənə 1995-ci il noyabrın 16-dan başlanıb. O zaman UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Həmin tarixdən bu gün müxtəlif mədəniyyətlərin və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur. Bu fikirləri “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan tədbiri giriş sözü ilə açan Universitetin tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov səsləndirib. Prorektor bildirib ki, Azərbaycanda texniki elmlər sahəsində flaqman olan AzTU hər zaman tələbə tərkibinə görə beynəlmiləl universitet olub. Məhz xalqımıza məxsus olan tolerantlıq dəyəri həmin tələbələrin birgə təhsil almasına çox böyük təkan verib. İsa Xəlilov diqqətə çatdırıb ki, ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Məhz bu siyasət Azərbaycanın dünyada tanınmasına, milli mədəniyyətimizin təbliğinə şərait yaratmaqla yanaşı, ölkəmizin Şərqlə Qərb sivilizasiyaları arasında bir körpü missiyasını yerinə yetirməsinə imkan verib.
Tədbirdə çıxış edən digər natiqlər də tolerantlıqdan söz açaraq bu dəyərin müasir dünyanın üz-üzə qaldığı problemlərin həllində çox mühüm rol oynadığını qeyd ediblər. AzTU-nun İctimai fənlər kafedrasının müəllimi, professor Qabil Hüseynli bildirib ki, bəzi cəmiyyətlərdə tolerantlıq olmadığı üçün həmin cəmiyyətlərdə ksenefobiya, irqçilik, islamafobiya kimi mənfi amillər hökm sürür. Qabil Hüseynli Azərbaycanda bütün dinlərə və irqlərə hörmətlə yanaşıldığını və cəmiyyətin inkişaf yolunun məhz bu yol olduğunu qeyd edib.
AzTU-nun İctimai fənlər kafedrasının müəllimi Əyyub Kərimli isə bildirib ki, dini tolerantlıq sahəsində əldə edilən uğurlar dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı mübarizədə faydalı nəticə verir.
Milli Məclisin deputatı, AzTU-nun İstilik və soyuqluq kafedrasının müdri, professor Astan Şahverdiyev mənfur qonşumuz ermənilərin xalqımızla bağlı apardıqları antitəbliğat işlərinin bu gün multikultiralizim yolu ilə fiyaskoya uğradıldığını bildirib. Astan Şahverdiyev dünyanı baş verə biləcək bəlalardan sülhün, əminamanlığın bərqərarçı amili hesab edilən multikultral dəyərlərin xilas edəcəyini vurğulayıb.
Daha sonra çıxış edən tələbələr terror, dini və irqi ayrıseçkiliklərdən uzaq olan ölkədə yaşamağın çox gözəl hiss olduğunu deyib. O, bildirib ki, xarici tələbələr ölkəmizdə çox rahat şəkildə yaşayır və tez bir zamanda cəmiyyətə inteqrasiya edirlər.
Sonda qeyd edilib ki, Azərbaycanda müxtəlif dinlərin birgə yaşaması sahəsində böyük təcrübə mövcuddur və dünyada sülhün bərqərar olmasına töhfə vermək üçün bu təcrübənin digər xalqlarla paylaşılması son dərəcə vacibdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !