Quba dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı layihə icra olunur - + FOTO

Quba dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı layihə icra olunur + FOTO

Qubada “Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrası çərçivəsində tədbir təşkil olunub.

 

Layihə “Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

 

Tədbirdə İctimai Birliyin sədr müavini Vaqif Həsənov layihənin regionda yaşayan və təhsil alan yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmə işləri aparmaq məqsədi ilə icra olunduğunu bildirib.
Layihənin eksperti yeniyetmə və gənclərimizə vətənpərvərlik və vətəndaşlıq hissinin aşılanmasının, maarifləndirmə vasitəsilə yeniyetmə və gənclərin dini radikalizmlə mübarizədə aktiv olmalarının vacibliyindən danışıb.
Tədbirdə iştirakçılara layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !