Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması nın ilk tədbiri keçirilib - + FOTO

“Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması”nın ilk tədbiri keçirilib + FOTO

Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması” layihəsini icra edir.

 

Layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə ilk tədbir keçirilib.

 

İctimai Birliyin sədri Esmira Rəhimovanın verdiyi məlumata görə, tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib. Bildirilib ki, layihənin vəzifəsi əhalinin ailə ənənələrinin qorunub saxlanmasına xidmət edən Ailə Məcəlləsindəki qanunların yeniyetmə və gənclərə tanıdılmasıdır.

 

Layihənin eksperti yeniyetmələri Ali Məcəlləsindəki qanunlar və maddələr haqqında məlumatlandırmaqdır. Boşanmaların sayının azalması və yeni ailələrin daha möhkəm təməl üzərində qurulması üçün Ailə Məcəlləsindəki qanunların əhali arasında təbliğinin əhəmiyyətindən danışıb.

 

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış papaq və köynəklər, dəftərxana ləvazimatı hədiyyə edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !