ADU rəhbərliyi SABAH qrupunda təhsil alan tələbələrlə görüşüb - + FOTO

ADU rəhbərliyi “SABAH” qrupunda təhsil alan tələbələrlə görüşüb + FOTO

Azərbaycan Dillər Unviersitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev “Sabah” qrupunda təhsil alan tələbələrlə görüşdü.
Prorektor Əfqan Abdullayev “SABAH” layihəsinin Təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü əsasında həyata keçirildiyini deyərək bu layihənin özünü doğrultduğunu və müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında böyük rol oynadığını bildirdi. Bu qruplarda oxuyan tələbələrin seçilmişlərin seçilmişləri olduğunu deyən Ə.Abdullayev onlara dərs deyən müəllimlərin də öz sahəsinin tanınmış mütəxəssisləri olduğunu qeyd etdi.
Universitetin professor-müəllim heyətinin iştirak etdiyi görüşdə tələbələrin dərsə davamiyyət məsələləri ilə bağlı mövcud vəziyyət, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tədris prosesinin maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlər müzakirə olundu.
“Sabah” qrupunda təhsil alan tələbələrin təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !