Doqquz rayonu təmsil edən 400-ə yaxın məktəbli Azərbaycanın şimal bölgəsinə ekskursiyaya gəlib - + FOTO

Doqquz rayonu təmsil edən 400-ə yaxın məktəbli Azərbaycanın şimal bölgəsinə ekskursiyaya gəlib + FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində doqquz rayonun şagirdlərindən ibarət qruplar şimal bölgəsinə ekskursiyaya gəliblər.

 

AZƏRTAC xəbər verir ki, Ağdam, Bərdə, Goranboy, Naftalan, Ağcabədi, Beyləqan, Xocalı, Xocavənd və Laçın rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin 400-ə yaxın IX-XI sinif şagirdi dörd gün ərzində Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada iştirak edirlər.

 

Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar.

 

Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb.

 

Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.

 

Ekskursiyada iştirak edən məktəblilər noyabrın 15-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.

 

Fotolar AZƏRTAC-ındır 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !