Qubada ahıska türklərinin mədəniyyət festivalı keçirilib - + FOTO

Qubada ahıska türklərinin mədəniyyət festivalı keçirilib + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Elvin Seyfəddinovun rəhbərliyi ilə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə “Bir günəşin zərrəsiyik”-multikulturalizmin Quba modeli” adlı layihəyə çərçivəsində Quba rayonunun Qaraçay yaşayan ahıska türklərinin mədəniyyət festivalı keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Elvin Seyffədinov bildirib ki, layihənin əsas məqsədi cənab Prezident İlham Əliyev tərəfindən elan edilə “Multkulturalizm ili” çərçivəsində təşkil olunana tədbirlərə dəstək vermək, Quba rayonunuda yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin, incəsənətinin, mətbəxinin gənc nəslə təbliğ edilməsidir. Tədbirin də Qaraçayda təşkil edilməsinin əsas məqsədlərindən biri də burda yaşayan ahıska türklərinin daim dost qardaş şəkildə ölkəmizin inkişafı üçün xalqımızın digər nümayəndləri ilə çiyin-çiyinə çalışmasıdır.
Tədbirdə çıxış edənlər “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova, Ahıska türklərinin “Vətən” cəmiyyətinin Qubba rayon nümayəndəsi Səlimcan Rizmanov, Qaraçay kənd tam orta məktəbinin direktoru Səlimə Nəcəfova layihəyə dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürlərini bildirib və belə layihələrin təşkilinin böyük əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya örnək olduğunu qeyd ediblər. Azərbaycan adlı bir günəşin zərrələri hökmündə olan azsaylı xalqlar daim bu ölkədə dinc, sülh və qardaşlıq şəraitdə yaşadıqlarını vurğulayıblar. Qeyd edilib ki, ahıska türkləri də daim tarix boyu sürgünlərə məruz qalmış, uzun illər qaçqın, köçkün həyatı yaşamışlar. Azərbaycana sığınaraq isə onlar özlərinə həqiqətən də doğma bir vətən ocağı tapmışlar. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi “Bir millət, iki dövlət” şüarını ahıska trkləri öz həyatlarının devizi etmişlər.
Tədbirdə ahıska türklərinə məxsus mətbəx nümunələri sərgilənib, istedadlı gənclərin ifasında müxtəlif incəsənət nümunələrindən ibarət konsert proqramı təşkil edilib.
Dekabr ayında qədər davam edəcək layihə çərçivəsində bu günə kimi Quba rayonunun Məckə-Xacə kəndində tat etnik qrupunun, Qırmızı qəsəbədə dağ yədudilərinin festivalları keçirilib. Yaxın günlərdə isə Hacıqayıb kəndində ləzgilərin də mədəniyyət və incəsənət festivallarının təşkil edilməsi planlaşdırılıb.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !