Qusar və Quba rayonlarında 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü nə həsr olunmuş tədbirlər keçirilib - + FOTO

Qusar və Quba rayonlarında “16 noyabr – Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbirlər keçirilib + FOTO

Noyabrın 11-də Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Hil kəndində və Quba rayonunun Qırmızı qəsəbəsində “16 noyabr – Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbirlər keçirilib.
Hər iki tədbirdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları Seyfəl Həsənov və Ceyhun Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk tədbir Qusar rayonu Hil kəndinin yaşı yüzdən yuxarı olan məscidində baş tutub.
Tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev açıb və Qusar rayonunun Hil kəndində yerləşən tarixi məscid haqqında geniş məlumat verib. Daha sonra o, bildirib ki, bu kəndin əhalisinin böyük əksəriyyəti ləzgilərdən ibarətdir. Kəndin sakinləri içərisində Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş gənclərin də olduğunu xatırladan şöbə müdiri onların xatirəsinin hər zaman ehtiramla yad edildiyini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Ceyhun Məmmədov geniş nitq söyləyərək bildirib ki, Azərbaycanda mövcud olan tolerant mühit dünyanın ən demokratik hesab olunan dövlətləri üçün nümunəvi formadır. O, Azərbaycanda bütün xalqların birgə, dinc yaşadığını və eyni hüquqlara malik olduğunu xüsusi olaraq vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Seyfəl Həsənov xalqımızın multikultural dəyərlərinə dair fikirlər söyləyib və artıq bir elm kimi ali məktəblərdə tədrisindən bəhs edib.
Tədbirdə iştirak edən kənd ağsaqqalları və digər şəxslər ölkəmizdə mövcud tolerant mühitin formalaşdırılmasında apardığı təqdirəlayiq işlərə görə dövlət rəhbəri, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 


***

 


Günün ikinci yarısında eyni adlı tədbir dağ yəhudilərinin kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsində baş tutub. Tədbir “Giləki” sinaqoqunda təşkil olunub.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki, Azərbaycanda yaşayan dağ yəhudiləri əsrlər boyu Azərbaycan xalqına qaynayıb-qarışmış, xeyir və şər günlərdə bir-birlərinin yanında olmuşlar. E. Nurullayev çıxışı zamanı 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilmiş soyqırımı təəssüf hissi ilə xatırladıb, həmin günlərdə yəhudi xalqının nümayəndələrinin də ermənilər tərəfindən zorakılığa və qırğınlara məruz qaldıqlarını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Ceyhun Məmmədov tədbirdə çıxış edərək bir çox xalqlar və millətlər kimi Azərbaycanda yaşayan dağ yəhudilərinin də vətənlərinin məhz Azərbaycan olduğunu dilə gətirib və bildirib ki, Azərbaycanda yaşayan hər bir etnik millət və ya xalq kimi dağ yəhudiləri də sərbəst şəkildə öz adət - ənənələrini yerinə yetirir və dini ayinlərini icra edirlər.
Digər çıxış edən natiq Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Seyfəl Həsənov milliyətindən, kimliyindən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşlarının bərabər olduğunu və tolerant yaşam tərzinin onların daxilindən gəldiyini vurğulayıb.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək Rayon İcra Hakimiyyətinin tolerantlıq və multikulturalizmə həsr olunmuş tədbirlərindən bəhs edib, ölkə rəhbərliyinin də bu sahəyə xüsusi diqqət ayırdığını diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !