ADU-da Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet sahələrindəndir mövzusunda elmi-nəzəri konfrans keçirildi - + FOTO

ADU-da “Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet sahələrindəndir” mövzusunda elmi-nəzəri konfrans keçirildi + FOTO

Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet sahələrindəndir” mövzusunda elmi-nəzəri konfrans keçirildi.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində universitetdə bu mövzuda silsilə tədbirlərin həyata keçirildiyini dedi. 16 noyabr tarixinin “Tolerantlıq günü” kimi qeyd edildiyini söyləyən professor bu günün 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edildiyini bildirdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirdiyini vurğulayan D.Yunusov burada bir çox millətlərin və dini konfessiyaların ailə kimi yaşadığını dedi. Tolerantlığın məqsədindən danışan professor bu anlayışın qarşı tərəfin konsepsiyasını anlamaq bacarığı olduğunu qeyd etdi.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova “Azərbaycan Respublikasının dil siyasətində multikulturalizm” mövzusunda çıxış etdi. Professor çıxışında “Azərbaycanda dil və mədəniyyət müxtəlifliyi: ümumi mənzərə”, “Azərbaycan Respublikasının dil, mədəniyyət və təhsil siyasətində azsaylı xalqların dillərinin istifadəsi: strategiya və tətbiq”, “Azərbaycan Respublikasının qanunvericiliyində azsaylı xalqların dillərinin qorunması, istifadəsi və inkişafı” məsələlərinə toxundu.
Misir Mədəniyyət Mərkəzinin müdiri Doktor Əhməd Sami Elaydi xarici vətəndaş kimi Azərbaycanda tolerantlığın yalnız sözdə deyil, əməldə də mövcudluğundan danışdı. Azərbaycanın müxtəlif regionlarında olduğunu deyən Ə.S.Elaydi ölkəmizin tolerantlıq baxımından nümunə olduğunu dilə gətirdi. Tarixən Azərbaycanda dini və milli ayrı-seçkiliyin heç zaman baş vermədiyini deyən Mərkəzin müdiri ölkəmizin bu sahədə təcrübəsinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyni və tanındığını qeyd etdi.
Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev çıxışında multikulturalizmin ölkə daxilində böyük rəğbət qazanan dövlət siyasəti olduğunu dedi. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycanın dünya miqyasında çox önəmli rol oynadığını deyən professor ölkəmizdə bu anlayışın yaşadığını, inkişaf etdiyini və irəliyə doğru getdiyini söylədi. Multikulturalizmin dövlət siyasəti kimi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini deyən Ə.Abdullayev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verdiyini diqqətə çatdırdı.
Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov Azərbaycan multikultural modelinin dünyada təbliğində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rolundan danışdı. Azərbaycan multikulturalizminin dinlər və dillər arasında ünsiyyət olduğunu bildirən A.Məmmədov tolerantlıq, qarşılıqlı anlaşma əsasında ölkədə bu modelin həyata keçirildiyini qeyd etdi. “Azərbaycan multikulturalizmi” fənninin dünyanın 10-dan çox universitetlərində tədris olunduğunu deyən A.Məmmmədov ölkəmizin bu istiqamətdə dünyaya səs saldğını və müsbət qarşılandığını vurğuladı. A.Məmmədov ADU-nun da bu istiqamətdə Mərkəzə dəstək olmasını yüksək qiymətləndirdi.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev “Tolerantlıq və multikulturalizm Azərbaycançılığın təməl dəyəri kimi” mövzusunda çıxış etdi. Azərbaycançılıq ideologiyasının dünya azərbaycanlılarının köklərinə bağlılığını möhkəmləndirməklə yanaşı, müxtəlif mədəniyyətlərin həmrəyliyinə təkan verdiyini deyən A.Nağıyev ölkəmizin timsalında dözümlülük və bərabərliyin dini konfessiyaların və etnik qrupların birgə mövcudluğu, qarşılıqlı əməkdaşlığı və bərabər imkanları üçün qarşılıqlı hörmət və münasibətlər sistemi olaraq qəbul edildiyini vurğuladı.

Əlaqə:
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !