Qubada tələbələr üçün maarifləndirici tədbir keçirilib -

Qubada tələbələr üçün maarifləndirici tədbir keçirilib

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı növbəti maarifləndirici tədbir noyabrın 11-də Quba Dövlət Sosial-İqtisadi Kollecində keçirilib.
200-dən çox tələbə və müəllimin iştirakı ilə keçirilən tədbirdə seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik və digər məsələlər barədə məlumat verilib. İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Daha sonra istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə ətraflı müzakirələr aparılıb.
Tədbir çərçivəsində iştirakçılara maarifləndirici materiallar paylanıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !