Azərbaycan Dillər Universitetində Çin dili mövzusunda seminar keçirildi -

Azərbaycan Dillər Universitetində Çin dili mövzusunda seminar keçirildi

Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Çin dilinin tədrisi ilə bağlı elmi seminar keçirildi.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrin, o cümlədən Azərbaycan universitetlərində təhsil alan çinli tələbələrin sayının artmasından, iki ölkənin hökuməti tərəfindən qarşılıqlı təqaüdlərin təmin edilməsindən danışdı. O, Prezident İlham Əliyevin Çinə səfəri zamanı “2016-2019-cu illər üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında anlaşma memorandumu”nun imzalanması və Azərbaycan-Çin təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğuladı.
Seminarda çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən müdiri xanım Li Jihua tələbə mübadiləsi, Konfutsi İnstitutunun təqaüdləri, Çində yay düşərgələri, Çin mədəniyyəti və tarixi üzrə keçirilən “Çin körpüsü” adlı müsabiqə haqqında bəhs etdi. Həmçinin, xanım Li Jihua xarici tələbələr arasında keçirilən HSK (Çin dili səviyyəsi imtahanı) imtahanının tarixi, strukturu, məzmunu və şərtləri haqqında məlumat verdi.
Sonda ötən tədris ilində Çinin Şenyan Pedaqoji Universitetində təhsil alan ADU tələbələri öz təəssüratlarını bölüşdülər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !