Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Dövlət Bayrağı günü münasibətilə təşkil etdiyi silsilə tədbirlər yekun vurub - + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Dövlət Bayrağı günü münasibətilə təşkil etdiyi silsilə tədbirlər yekun vurub + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təşkil etdiyi silsilə tədbirlər yekun vurub. Rayon ərazisində yerləşən mədəniyyət ocaqlarında biri-birindən rəngarəng keçən bayram tədbirlərin növbətisi Bərdə Dövlət Rəsm Qalereyasının və Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan uşaq incəsənət məktəblərinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə uşaqların əl işlərindən ibarət açıq havada rəsm sərgisi təşkil olunub. Sərgidə iştirak edən gənc rəssamlar açıq hava şəraitində dövlət bayrağı mövzusundə rəsmlər çəkiblər ki, buda sərgidə iştirak edən insanlar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan başqa uşaqlar tərəfindən bayrağa və dövlətçiliyə uyğun səsləndirdikləri şerlər və nəğmələr sərgiyə maraq və rəng qatıb.
Sonda onu da qeyd edək ki, Bərdə əhalisinin və şəhərin qonaqlarının asudə vaxtının səmərli keçirilməsi kimi məsələlər daim Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin diqqətindədir. Məhz buna görə də sözügedən şöbənin kollektivi konsertlər, sərgilər, inteletual yarışlar təşkil edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !