Foto Məsləhətçi : - APS-c Sensor nədir? Crop, Vuranlı ifadələri nə mənaya gəlir? ( AZpress.AZ - Nail Əhmədov )

Foto Məsləhətçi : APS-c Sensor nədir? Crop, Vuranlı ifadələri nə mənaya gəlir? ( AZpress.AZ - Nail Əhmədov )

APS-c, Crop, Vuranlı sensor nədir və bu terminlər nə mənanı verməkdədir? Bu yazıda qırpılmış sensorların ölçülərini və seçilmə səbəblərini izah etməyə çalışacağıq.


APS-c ifadəsini tez-tez eşitmisiniz. Yaxşı nədir bu APS-c termini? İnkişaf etmiş Foto Sistemi tip-C olaraq Azəricəyə çevirə biləcəyimiz APS-C, dijital SLR fotoaparatlarında istifadə edilən bir sensor tipidir. Full Frame (Tam Kkadr) sensor nədir mövzusunu işlərkən, sensor hekayəsinin rəqəmsal dövr ilə başladığını və bunun üçün standart ölçünün 36x24mm olduğunu ifadə etmişdik.


Yəni keçmiş dövrdəki fotolent ölçüsünün rəqəmsal dövrdəki qarşılığı full frame yəni tam kadr sensor olaraq ifadə edilir. Yaxşı crop sensorlar necə çalışır və ölçüləri necə təyin olunur. İndi detallara baxaq.



APS-c, Crop, Vuranlı, Qırpılmış Sensor Ölçüləri Nədir?



Full frame ölçü olaraq 36x24mm ölçüsündədir. Sensor ölçüsünün fotolent ölçüsünə bərabər olması, yəni böyük qalması sensor mənasında daha keyfiyyətli fotoşəkillər mənasını versə belə bu vəziyyət istehsalçı firmalar baxımından daha xərcli fotoaparatlar mənasını verməkdədir.

 

 

 

 


Fotoaparat istehsalçıları başda sensor xərclərini salmaq və buna bağlı olaraq istehlakçı bazarındakı model növlərərini artırmaq üçün 36x24mm ölçüsündə olması lazım olan sensor ölçüsünü kiçildərək istifadə etməyə qərar verdilər. Bu sensor kiçiltmə hərəkətinin ən məhsuldar olanı isə APS-c sensorlardır.


Üstünlük olaraq giriş səviyyəsi və orta seqmentdəki DSLR fotoaparatlarında məşhur şəkildə istifadə edildiyini gördüyümüz APS-c sensor ölçüsü isə full frame ölçünün Nikon tərəfində 1.5x’ə Canon tərəfində 1.6x’ə qədər kiçildilməsidir. Bu nisbət sensorun qırpılması mənasını verdiyindən istifadə şəkliylə görmüş olduğunuz "Crop", "Vurpanlı", "Qırpılmış" ifadələrinin hamısı bu səbəbdən ortaya çıxmaqdadır.


APS-c sensor ölçüsü baxımından baxacaq olsaq Nikon üçün tam kadrın 1.5 misli qədər kiçildilməsi yəni təxminən 23.6 x 15.8mm ölçülərini söyləyə bilərik. Bu crop faktor vəziyyəti Canon gövdələr baxımından 1.6x qədər kiçiltmədir. Bu vəziyyətdə qırpılmış sensora sahib bir Canon fotoaparatın sensor ölçüsü 22.3mm x 14.9mm şəklindədir.

 

 

 

 


Crop factor, qırpılmış sensor Nikon gövdələrdə "DX" ya da "DX-format" şəklində ifadə edilər. Nikon’un əfsanə modelləri D90, D300s yanında D7200 və yeni çıxan D500 modeli və Canon’un əfsanə modelləri 50D, 7D yanında 80D və yeni çıxan 7D Mark2 həmişə APS-c sensor istifadə edən məşhur gövdələrdir.

 


O zaman obyektivlərin fokus məsafələri necə hesablanır?

 


Böyük ehtimalla ən çox soruşulan suallardan biridir. Deyək ki full frame uyğun bir obyektiviniz var və bunu APS-c ölçüsündə bir sensora sahib DSLR fotoaparatda istifadə etmək istəyirsiniz. Obyektiviniz Nikon FX-format uyğun AF-S NIKKOR 50mm f/1.8G və Canon 50mm 1.8 II olsun.


Bu obyektiv tam kadr bir gövdədə 50mm fokus məsafəsi ilə istifadə edə bilərsiniz. Əgər əlinizdəki obyektivi DX, yəni crop factor sensora sahib bir gövdədə istifadə edəcəksinizsə, Nikon’da fokus məsafəsini 1.5 ilə vurmanız lazım olacaq. Məsələn: bu vəziyyətdə AF-S NIKKOR 50mm f/1.8G obyektivin Nikon D7100 üzərində təmin edəcəyi fokus məsafəsi 75mm olacaq, Canon’da fokus məsafəsini 1.6 ilə vurmanız lazımi olacaq. Məsələn: bu vəziyyətdə Canon 50mm 1.8 II obyektivin Canon 70D üzərində təmin edəcəyi fokus məsafəsi 80mm olacaq


Digər bir baxımdan FX’ə uyğun bir gövdəyə sahibsiniz və bunu DX bir obyektiv ilə istifadə etsəniz təbii olaraq düzbucaqlımızın kənarlarında görüntü itkisi meydana gələcək. Tam tərsi olması yəni FX’ə uyğun olan obyektivi DX olan bir gövdə ilə istifadə etdiyinizdə görüntü itkisi olmayacaq. Ancaq 1.5 vuruqdan ötəri obyektiv geniş bucaq gözlədiyinizi qarşılamayacaq. Ancaq bunu Canon’da etsəniz mümkün olmuyacaq. Çünki Crop aparatlarda EF-S obyektivlər və Fulframe aparatlarda EF obyektiv istifadə olunur. Canon’da EF-S yəni crop obyektivi Fulframe olan fotoaparata qoşmaq mümkün deyil. Amma EF obyektivi Canon’a qoşmaq olar və bu zaman 1.6 vuruqdan ötəri obyektiv geniş bucaq gözlədiyinizi qarşılamayacaq.
 

 

( AZpress.AZ ) Nail Əhmədov

 


Alper Orusa istinadən ( Türkiyə )

 


Müəllif hüquqları qorunur
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !