Gənclər Fondunun dəstəyi ilə Qubada stolüstü tennis turniri keçirilib - + FOTO

Gənclər Fondunun dəstəyi ilə Qubada stolüstü tennis turniri keçirilib + FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan fərdi şəxs Novruz Feyzullayev tərəfindən icra edilən “Sağlam gənclik spartakiadası” layihəsi çərçivəsində Quba rayonunun Püstəqasım kəndində qızlar və oğlanlar arasında stolüstü tennis növü üzrə turnir keçirilib.
Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri N.Feyzullayev bildirib ki, ölkəmizdə son ilərdə Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının tərəqqisi, ölkəmizin idman ölkəsi imicinin formalaşması gənc nəslin fiziki mədəniyyətinin inkişafı ilə məşğul olan mütəxəssisslərin, ümumtəhsil məktəblərinin də qarşısında böyük vəzifələr qoyur. Bu səbəbədən məktəbyaşlı uşaqların nəinki fiziki tərbiyə dərslərində, eləcə də dərsdənkənar tədbirlərdə sağlamlaşdırıcı və tərbiyəvi vəzifələrin həlli böyük əhəmiyyət kəsb edir. Böyüməkdə olan nəslin müxtəlif idman tədbirlərində iştirakı onların təkcə fiziki inkişafının deyil, eləcə də estetik, etik, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində böyük rol oynayır. Bu layihənini də aktuallığı məktəblilərin sağlamlamlığının yüksəldilməsi və fiziki tərbiyələrinin artmasına xidmət etməkdir. Layihə rəhbəri onu da qeyd edib ki, layihənin əsas məqsədinin yeniyetmə və gənclər arasında idmanın təbliği, eyni zamanda gənc qızların idmana cəlb edilməsinə nail olmaqdır.
Püstəqasım, Rustov, Qam-qam, Məckə-Xacə kəndlərindən olan 32 nəfər gəncin fərdi qaydada olimpiya sistemi üzrə mübarizə aparıblar.
Yekunda qalib və mükafatçılara medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, “Sağlam gənclik spartakiadası” çərçivəsində bu günə qədər Quba rayonunun Qırmızı qəsəbə yaşayış massivində qızlar, Zərdabi qəsəbəsində oğlanlar arasında voleybol turnirlərin keçirilib. Layihə çərçivəsində daha bir tədbir Quba rayonunun Qaraçay kəndlərində oğlanlar arasında 3*3 basketbol idman npvü üzrə təşkil ediləcəkdir.
Layihə ilin sonunadək davam edəcək.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !