ADU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi -

ADU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.
Bu günün tarixi haqqında məlumat verildikdən sonra Tərcümə fakültəsinin tələbəsi Salman Quliyev “Xalq Heydər deyəcək”, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Şahverən Babayev “Azərbaycan” mahnısını ifa etdilər.
Filologiya və jurnalistika fakültəsinin tələbəsi Könül Paşayeva Ramiz Qusarçaylının müəllifi olduğu “Azərbaycan bayrağı” şeirini söylədi.
Universitetin rejissoru Səadət Nəbiyevanın hazırladığı dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesindən bir hissə tələbələrin iştirakı ilə nümayiş olundu.
Sonda ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev yüksək səviyyəli tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Professor universitetdə “Dövlət Bayrağı Günü”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !