Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi silsilə tədbirlərə start verdi - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi silsilə tədbirlərə start verdi FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və şöbənin tabeliyində olan müəssisələr həmişə olduğu kimi ən-ənələrinə sadiq qalaraq bu dəfədə silsilə tədbirlərə start verdi. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü münasibətilə tədbirlər proqramı təşkil olunmaqdadır. Bu tədbirlərdən biridə Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Hacallı kənd Folklor klubunda təşkil olundu. “Bayrağımız-Qürur Mənbəyimizdir” başlığı altında təşkil olunmuş tədbir çox böyük maraqla qarşılandı. Tədbirdən öncə Hacallı kənd Folkor klubunda təşkil olunmuş sərgi iştirakçılara təqdim olundu və daha sonra tədbirə start verildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Öz giriş sözü ilə tədbirin rəsmi hissəni açan Hacallı kənd Folkor klubunun müdiri Xəqani İmanov ilk öncə tədbir iştirakçılarını salamladı və onlara bu müqəddəs gün barədə geniş məlumat verdi. Təqdim olunan məlumatlardan sonra Bayraq gününə həsr olunmuş slayd şou təqdim olunduki buda iştirak edənlərdə çox böyük maraq yatardı. Çıxışçılardan Bərdə rayon Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov, Bərdə rayon Hacallı kənd tam orta məktəbinin təlim-tərbiyyə işləri üzrə təşkilatçı müavini Əli Quliyev Azərbaycan Respublikasının Dövlət bayrağı günün yaranmasından və bayrağımızın bizim üçün nə dərəcədə önəmli olmasından geniş söz açdılar. Tədbirin davamı olaraq Hacallı kənd Folklor evinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu. Təqdim olunan kompozisiyada məktəbli şagirdlərin söylədikləri şeirlər alqışlarla qarşılandı. Səsləndirilən canlı musiqi nömrələri tədbiri dahada maraqlı etdi. Kənd sakinlərindən çıxış edən Malik Quliyev isə çıxışını Ümummilli lider Heydər Əliyevin bu sözləri ilə yekunaşdırdı: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !