Gəncədə Gənclərin Sağlamlıq Festivalı keçirilib - FOTO

Gəncədə “Gənclərin Sağlamlıq Festivalı” keçirilib FOTO

Noyabrın 7-də Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Gənclərin Sağlamlıq Festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri fəal, sağlam həyat tərzinə həvəsləndirmək olub.
Festivalda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sevda Qurbanəliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, Olimpiya mükafatçıları Toğrul Əsgərov, Mövlud Mirəliyev, Hacı Əliyev, Rüstəm Orucov, Ramil Qasımov, karate üzrə Avropa Oyunlarının qalibi, 2014-cü il dünya çempionu Firdovsi Fərzəliyev və şəhər ictimaiyyəti iştirak edib.
Tədbiri açan şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva festival iştirakçılarını salamlayıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova bildirib ki, nazirliyin təşkilatçılığı ilə ölkəmizin bir çox rayon və şəhərlərində idman və sağlamlıq festivallarının keçirilməsi artıq ənənə halını alıb. Nərmin Aslanbəyova Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı elan olunmasını ölkəmizin hərtərəfli inkişafının göstəricisi kimi dəyərləndirib.
Milli Olimpiya Komitəsinin marketinq departamentinin rəhbəri Mehman Kərimov festival münasibətilə idmançıları təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.
Festivalda tanınmış müğənnilərin ifasında konsert proqramından sonra şəhər məktəblilərinin iştirakı ilə müxtəlif oyunlardan ibarət estafet yarışı keçirilib.
Yarışda iştirak edən şagirdlər sertifikat və medallarla təltif olunub, I-III yerləri tutan məktəb komandaları isə diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar. 

 

Fotolar AzTAC -ındır

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !