ADU-da Çinin müasir tarixinə həsr olunmuş elmi seminar keçirildi -

ADU-da Çinin müasir tarixinə həsr olunmuş elmi seminar keçirildi

Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin inqilabçı demokratı Sun Yatsenin 150-ci ildönümünə həsr olunan “Çində Sinxay inqilabı” adlı elmi seminar keçirildi.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Sun Yatsenin siyasi fikirləri haqqında danışdı, onun beş hökumət konstitusiyası və üç xalq prinsipindən söz açdı. O, eyni zamanda Sun Yatsenin Çin xalqının birliyində əvəzolunmaz rolundan bəhs etdi.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdiyi seminarda Çin xalqının azadlığı, həmçinin müstəqilliyi uğrunda siyasi fəaliyyət göstərən Sun Yatsenin müvəqqəti prezident vəzifəsində olduğu dövrdə Nankin hökumətinin fəaliyyəti, Sinxay inqilabının əsas mərhələləri və onun hərəkət qüvvələri haqqında fikirlər səsləndirildi.
Sonda Çin Xalq Respublikasının quruluşunun tarixindən bəhs edən “Sonuncu imperiyanın süqutu” adlı film nümayiş olundu.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !