QHT yeni layihənin icrasına başlayır -

QHT yeni layihənin icrasına başlayır

“Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrasına start verilib.

 

Sözügedən layihə “Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunacaq.

 

Layihənin məqsədi regionda yaşayan və təhsil alan yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmə işləri aparmaq, yeniyetmə və gənclərimizə dini radikal qrupların onlardan bir alət kimi istifadə etməsini izah etmək, onlara vətənpərvərlik və vətəndaşlıq hissini aşılamaq, maarifləndirmə vasitəsilə yeniyetmə və gəncləri dini radikalizmlə mübarizədə aktiv olmağa səsləmək, dövlətimizin İslam dəyərlərinin müdafiəsi, Azərbaycanda müxtəlif konfesiyalar və dini icmaların harmoniyada olması haqqında məlumatları çatdırmaqdır.
Quba rayonunda icra olunacaq layihənin müddəti 3 aydır .
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !