Qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans - + FOTO

Qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans + FOTO

 “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans”

 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 noyabr 2016-cı il tarixində Bakıda Qafqaz Point oteldə “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans” adlı layihənin yekununa həsr edilmiş tədbir həyata keçirdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra İctimai Birliyin Baş Katibi Ramin Nurəliyev tədbiri açıq elan edərək gələn qonaqları salamladı. Daha sonra “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Niftəliyev İctimai Birliyin tarixi fəaliyyəti barədə geniş məlumat verdi. “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans” adlı layihəni Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində icra edən İctimai Birliyin sədr müavini Ayaz Məmmədov Layihənin icrası ilə bağlı məlumat verərək bildirdi ki, Kopenhagen şəhərində keçirilən beynəlxalq konfransda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqları və bərpası istiqamətində görülməsi lazım olan tələblər ictimaiyyətə bildirildi. Layihə çərçivəsində Danimarka Parlamentinin üzvü xanım Yıldız Akdoğan və Aarhus Bələdiyyəsinin üzvü və Danimarka Parlamentinin əvvəlki çağırış millət vəkili Hüseyin Araç ilə səmimi görüşlərini ifadə edən Ayaz müəllim beynəlxalq konfransın Danimarka KİV də işıqlandırılmasına toxundu.
Daha sonra “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin ənənəvi olaraq keçirdiyi Yay Təcrübə Proqramının builki təltifetmə mərasimi keçirildi. IV Yay Təcrübə Proqramı barədə məlumat verən Cavid Vəliyev 54 tələbənin Hüquq-Mühafizə orqanları və özəl təşkilatlarda təcrübə keçməsinə yaxından köməklik göstərildiyini qeyd etdi. Sonda hüquqşünas tələbələrə sertifikatlar təqdim edildi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !