Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi -

“Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi”

“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verib.

 

Layihənin məqsədi yeniyetmə və gənclər, eləcə də region əhalisi arasında dini maarifləndirmənin səviyyəsini artırmaq, gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, məlumatlandırma yolu ilə yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına dəstək olmaq, bu istiqamətdə görülən işlər haqqında saytda yerləşdiriləcək məqalələr vasitəsilə layihənin icra olunacağı bölgənin əhalisinin məlumatlanmasıdır.
Qeyd edək ki, layihə 3 ay ərzində Quba rayonunda icra olunacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !