Bərdəli mədəniyyət işçiləri vətənpərvərlik mövzusunda silsilə tədbirlərini davam etdirir - + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdəli mədəniyyət işçiləri vətənpərvərlik mövzusunda silsilə tədbirlərini davam etdirir + FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Mədəniyyət Mərkəzində vətənpərvərlik mövzusunda ənənə halını alan növbəti tədbirini keçirib. Tədbirdə Mədəniyyət Mərkəzinin filialları, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filialları, rayon ziyalıları və məktəbli şagirdlər iştirak edib. Mərasimə vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqə sükutla yad edilməklə start verilib.

 

Çıxış edənlər vətənimizin şanlı tarixindən və bu vətən uğrunda canlarından keçmiş qəhrəman vətən oğullarından geniş söz açıb. Daha sonra Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Soğanverdilər kənd Mədəniyyət evinin öz fəaliyyət kollektivi hərbi vətənpərvərlik mövzusuna həsr etdikləri konsert proqramını təqdim etdi. Konserti öz çıxışı ilə açan Soğanverdilər kənd Mədəniyyət evinin direktoru Hürü Məmmədova səsləndirdiyi “Azərbaycan” şeiri ilə iştirakçılarda böyük coşğu hissi yaradıb. Həmçinin proqram çərçivəsində “Uğur” rəqs qrupunun təqdim etdiyi “Yallı” rəqsi alqışlarla qarşılanıb. Rəngarəng şəkildə davam edən konsert proqramına “Qarabağ şikəstəsi” ilə son vurulub.

 

Tədbirin yekunu olaraq Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və şöbənin tabeliyində olan müəssisələrin göstərdikləri fəaliyyət müzakirə olunub. Onlara işlərinin dahada düzgün təşkili üçün təklif və tövsiyyələr söylənilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !