Gənclər Fondunun dəstəyi ilə Qubada Gənc intellekt layihsinin növbəti tədbiri keçirilib - + FOTO

Gənclər Fondunun dəstəyi ilə Qubada “Gənc intellekt” layihsinin növbəti tədbiri keçirilib + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Raman Kəimov tərəfindən gənclər arasında icra edilən “Gənc intellekt” adlı layihə çərçivəsində növəbti tədbir keçirilib.
ADPU-nin Quba filialında keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Raman Kərimov qeyd edib ki, layihənin əsas məqsədi tələbə və gənclərin asudə vaxtının intellektual oyunlarla səmərəli təşkilinə nail olmaq və Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, eləcə də dünya barədə biliklərinin zənginləşdirilməsidir.
8 turdan ibarət yarışında sonunda ən çox xal toplayan komandanın qalib gələcəyi turnirdə 8 komanda Nə? Harada? Nə zaman? oyunu üzrə qüvvəsini sınayır. Üç turdan sonra “Kron” və “Əmma” biliciləri 12 xalla liderdir. “Sadə müəllimlər” 8.5 xalla üçüncü, “Anaksiman” komandası isə 6 xalla dördüncü pillədə qərarlaşıb.
Layihənin sonunda qalib və mükafatçılara kubok, medal, diplom və digər hədiyyələr təqdim olunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !