Qubada Sağlam gənclik spartakiadası keçirilir - + FOTO

Qubada “Sağlam gənclik spartakiadası” keçirilir + FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə fərdi şəxs Novruz Feyzullayev tərəfindən icra edilən “Sağlam gənclik spartakiadası” layihəsi çərçivəsində Quba rayonunun Zərdabi qəsəbəsndə oğlanlar arasında voleybol üzrə turnir keçirilib.
Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri N.Feyzullayev layihənin əsas məqsədinin yeniyetmə və gənclər arasında idmanın təbliği, eyni zamanda gənc qızların idmana cəlb edilməsi olduğunu qeyd edib.
Bağbalı, Barlı, Zizik və Zərdabi kəndlərindən olan gənclərin birləşdiyi komandaların mübarizəsində bütün rəqiblərinə qalib gələn Zərdabi voleybolçuların turnirin qalibi adını qazanıb. Barlı komandası ikinci, Bağbanlı və Zizik idmançıları isə müvafiq olaraq üçüncü və dördüncü yeri tutublar.
Yekunda qalib və mükafatçılara kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, “Sağlam gənclik spartakiadası” çərçivəsində Quba rayonunun Püstəqasım və Qaraçay kəndlərində oğlanlar arasında 3*3 basketbol, oğlanlar və qızlar arasında stolüstü tennis yarışları keçiriləcək.
Layihə ilin sonunadək davam edəcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !