Qubada dağ yəhudilərinin mədəniyyət festivalı keçirilib - + FOTO

Qubada dağ yəhudilərinin mədəniyyət festivalı keçirilib + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə “Bir günəşin zərrəsiyik”-multikulturalizmin Quba modeli” adlı layihəyə çərçivəsində Quba rayonunun Qırmızı qəsəbə yaçayış massivində yaşayan dağ yəhudilərinin mədəniyyət festivalı keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Elvin Seyffədinov bildirib ki, layihənin əsas məqsədi cənab Prezident İlham Əliyev tərəfindən elan edilə “Multkulturalizm ili” çərçivəsində təşkil olunana tədbirlərə dəstək vermək, Quba rayonunuda yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin, incəsənətinin, mətbəxinin gənc nəslə təbliğ edilməsidir. Tədbirin də Qırmızı qəsəbədə təşkil edilməsinin əsas məqsədlərindən biri də burda yaşayan yəhudilərin daim dost qardaş şəkildə ölkəmizin inkişafı üçün xalqımızın digər nümayəndləri ilə çiyin-çiyinə çalışmasıdır.
Tədbirdə çıxış edənlər “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova, Qırmızı qəsəbə Ağsaqqallar Şurasının sədri Boris Simanduyev, Yeni Azərbaycan Partiyası Qırmızı qəsəbə nümayəndəliyinin sədri Nisim Nisimov, İsaak Xanukov adına Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin direktoru Yavuşva Simanduyev layihəyə dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürlərini bildirib və belə layihələrin təşkilinin böyük əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya örnək olduğunu qeyd ediblər. Azərbaycan adlı bir günəşin zərrələri hökmündə olan azsaylı xalqlar daim bu ölkədə dinc, sülh və qardaşlıq şəraitdə yaşadıqlarını vurğulayıblar
Tədbirdə dağ yəhudilərinə məxsus mətbəx nümunələri sərgilənib, istedadlı gənclərin ifasında müxtəlif incəsənət nümunələrindən ibarət konsert proqramı təşkil edilib.
Dekabr ayında qədər davam edəcək layihə çərçivəsində Qaraçay kəndində ahıska türkləri və Hacıqayıb kəndində ləzgilərin də mədəniyyət və incəsənət festivallarının təşkil edilməsi planlaşdırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !