Şirin Xanım Kərimbəyli Şadiman: - "KÖVRƏK MÜSTƏQİLLİK VƏ ALATORAN GƏNCLİK"

Şirin Xanım Kərimbəyli Şadiman: "KÖVRƏK MÜSTƏQİLLİK VƏ ALATORAN GƏNCLİK"

Biz heç inkişaf etmiş dövlətlərdə yaşayan millətlər kimi xoşbəxt olmamışıq. Dədə-babalarımızı nə qədər öysək də, ağız dolusu keçmişimizdən dəm vursaq da fakt odur ki, biz nəinki ikiyə parçalanmış xalqıq, hətta bir neçə yerə paralanmış, yurdları-yuvaları dəfələrlə talan olunmuş, didərginliyi yaşam devizi seçmiş bir qövümik. Аz müdədətdir ki, böyük Azərbaycanın balaca bir hissəsində müstəqillik qazandıq, o müstəqillik də əgər SSRİ dağılmasaydı, yəni balıq başından iylənməsəydi, çox güman ki, biz bu gün də müstəqillik üzünə həsrət qalardıq...Bu müstəqilliyi də SSRİ-nin atası olan Rusiya bizə Qarabağ problemi ilə birgə verdi ki, əl atanda əlinə keçək...
Deməli bizim müstəqilliyimiz hələ çox kövrəkdi, sabit-qədəm deyil, onun üçün uzun illər lazımdı. Bizim ölkə püxtələşmiş, oturuşmuş, uzun əsrlər müstəqillik təcürbəsi olan dövlətlər kimi deyil. Biz inkişaf etmiş ölkələrə çatmaq üçün çox işlər görməliyik. Bu yolda inamla addımlamaq üçün insanlarımızın maddi durumu qənaətbəxş olmalıdır, çünki atalar demiş, toxda iman yox, acda aman...Bunu üçün insanların yaşam halını yaxşılaşdırmaq, birinci gəncləri düşünmək lazım, onların gələcəyi haqqındda layiqli ölçülər götürülməlidir. Çünki gənclik dövlətin və millətin danışan dili, görən gözü, vuran əlidir! Bu dili lal etmək olmaz.
Biz müharibə şəraitində yaşamağımıza baxmayaraq ölkədə təmir-tikinti işləri gedib, xəstəxanalar, məktəblər, mədəniyyət mərkəzləri, idman mərkəzləri, yollar, içməli su və sair, bütün bunları danmaq olmaz, amma bununla yanaşı çatmazlıqlar da baş alıb gedir, işsizlik, həddindən artıq kasıb zümrə ölkədə boy göstərməyə başlayıb, manat iki dəfə devalivasiyaya uğradıqdan sonra insanların maddi rifah halı daha da pisləşdi, kəskin şəkildə təbəqələşmə getdi, həddindən artıq varlılar və məzlum kasıb təbəqə. Artıq orta təbəqə yox olmağa başlayıb. İnsanlar banklardan asılı vəziyyətə düşüb, banklarda şişirdilmiş faizlər insanları əldən salıb, adamlar bir tikə çörəyə həsrətdirlər. Bütün bunları görüb yaxın zamanlarda ölçü götürülməsə həqiqətən ölkədə etiraz partlayışları ola bilər. Polis üsul-idarəsi ilə ölkəni idarə etmək olmaz, bu gec-tez xarici düşmənlərimizin hərəkətə keçməsinə səbəb olar, Suruyada, İraqda və digər bədbəxtliyə düçar olmuş ölkələrdə olduğu kimi bizim də müstəqilliyimiz təhlükə altına düşə bilər.
Müstəqilliyimizdən keçən bu illər ərzində biz çox səhvlərə yol verdik, neftin yüksəlişi vaxtı neftdən gələn gəlirlərdən dəyərincə istifadə edə bilmədik, çox israfçılığa yol verdik. Sabahı düşünmədən çox əliaçıqlıq etdik həm özümüzə, həm də digərlərinə. Biz neftlə ərköyün uşaq kimi rəftar etdik, düşünmədik ki, neftin rıçağı hegemon dövlətlərin əlindədir, bir gün o bizi göydən yerə çırpa bilər. Nə isə artıq bu baş verdi, çox güman ki, neft heç zaman yuz dollar səviyyəsinə qalxmayacaq, çünki böyük dövlətlər oyun oynayır, biz də istəmiyə-istəmiyə o oyunu içindəyik. Belə olan halda xalqın babat güzaranı üçün çıxış yolları aramaq lazımdı.
Bütün bu çətinliklərin fövqündə gözümüz önündə gənclik yetişir, bu gəncliyin az bir hissəsi, yaxşı güzəranla təmin olunur, ali təhsil alır və digər peşələrə yiyələnir. Çox qism gənclik isə, evsiz-eşiksiz, işsiz və pulsuzdu. Onlar müxtəlif yollara düşürlər, zərərli təsirlər altında əzilirlər, həbsxanalara atılırlar, ağrılı bir həyat yaşayırlar. Həbsxanadan da dəhşəti odur ki, belə gənclər müxtəlif dini qrupların təsiri altında beyinləri yuyulur, oz döğmalarına belə düşmən kimi baxırlar, hətta iş o yerə gəlib çıxıb ki, bunların dəstəsində qadınlar da önəmli yer tutur. Bu yaxınlarda xəbər saytlarında belə məlumat yayılmışdı ki, qadın öz ərindən ayrılıb, iki az yaşlı qızını da götürüb Suriyay gedib və İŞİD-ə qoşulub.Bu necə olə bilər ki, öz ölkən müharibə şəraitində ola-ola sən başqa ölkədə kimlərləsə vuruşub, əlini qana bulaşdırsan, hansı ki, bilmirsən kim haqlı, kim haqsızdı! Vaxt ilə Azərbaycanda qapı-qapı düşüb sektaları, bizə yad olan məzhəbləri yayanlara qarşı heç bir ciddi tədbir görülmədi, savadsız, iradəsiz, pul-paraya ehtiyacı olan insanlar təsir altına düşdü. İndi bizim də içimizdə hər an alışa biləcək və kabus kimi bizi izləyən hal mövcuddu.Bunu danmaq olmaz, həyat şəraiti yaxşı olan insanlar heç zaman belə şirnikləndirici təkliflərə uyub öz həyatlarını faciyəyə atmaz, bu insanların əksəriyyəti çətinlik, yoxsulluq ucbatından bu yolla düşür.
İndi isə bir az da iqtidar- müxalifət haqqında fikirlərimizi bölüşmək istəyirik. Bizdə iqtidar var, amma bu iqtidarın içində də hər an müstəqilliyimizə zərbə vurmağa hazır olan qüvvələr var, bunlar əsasən dövlətin pulunu yeyib, varlanıb, harınlaşmış kəslərdir, onlar fürsət düşən kimi ölkəyə arxa çevirə bilərlər. Bizim ölkədə müxalifət isə yox dərəcəsindədir, ona görə ki, müxalifət xarici ölkərin qonararları hesabına yaşamamalıdır, biz də olan hal-hazır ki, müxalifət xarici qüvvələrdən asılı vəziyyətdədir, onlar hansı havanı çalsalar, bizim müxalifət də o havanı oynayır. Belə müxalifət ölkəyə heç bir xeyir gətirə bilməz, əksinə xaos yaradar, ölkəni faciyəyə sürükləyər. İnkişaf etmiş ölkələrdə müxalifət var, amma bu müxalifət özünün və dövlətin gəlirləri hesabına ayaqda olur, onlar heç bir xarici ölkədən asılı olmur. Yalnız iqtidarı tənqid edirlər ki, ölkədə inkişaf olsun, iqtidar özbaşnalıq etməsin, xalqın üstəklərinə əməl etsin, onun rifahi üçün çalışsın. Biz də hal-hazır ki, müxalifət iqtidarla düşmənçilik durumundadı, həmçini iqtidar da müxalifətlə! Axı biz bu vəziyyətlə hara qədər yol qət edə bilərik, axı bizim müstəqilliyimiz çox kövrəkdi, o hələ uzun həyat yolu keçməyib. Hələ biz ölkəmizdə özünü yuxulu kimi göstərən beşinci kalonu demirik, o baş qaldırsa lap işlərimiz fəna olar. Ona görə iqtidar bütün yuxarda yazdıqlarımızı nəzərə almalıdır, gəncliyi alatoran vəziyyətdən çıxarmalıdır, ona gün-güzəran aramalıdı, əks təqdir də nə canımızı, nə müstəqilliyimizi yaxşı günlər gözləmir. Ağıllı başlı, təmiz düşüncəli müxalif qüvvələr yaranmalıdır, dövlət onları dəstəkləməlidir ki, iqtidarı əyər-əskikliyini üzə çıxarsın, çünki tənqid olmayan yerdə inkişaf olmaz. Qapılarımız tənqıdə açılmalıdır, əks təqdirdə bizi yaxşı günlər gözləmir, biz yazdığımızı yazdıq, istər iqtidar, istər müxalifət bu barədə dərindən düşünməlidir, millətin, ölkənin gələcəyi naminə!...


29.10.2016
Şirin Xanım Kərimbəyli Şadiman

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !