ADU tələbələri üçün Bir Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirildi - + FOTO

ADU tələbələri üçün “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirildi + FOTO

Noyabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirildi. Universitetin I kurs tələbələri üçün təşkil olunan tədbirdə proqramın üstünlükləri və könüllülük fəlsəfəsi haqqında ətraflı məlumat verildi.
Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının gənclər üçün yaratdığı imkanlardan danışıldı. Proqramın altı əsas istiqaməti olan Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf et və Zövq al çərçivəsində paytaxt və regionlarda keçirilmiş təlimlər, seminarlar, yay məktəbləri, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. haqqında video materiallar nümayiş olundu.
ADU-da təhsil alan “Bir” Tələbə-Könüllü fəalları qazandıqları təcrübədən danışaraq, könüllülük həyatı barədə təəssüratlarını iştirakçılarla bölüşdülər.
Ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında könüllülərin vəzifə, öhdəlik və əldə etdikləri bacarıqlar barədə söz açıldı.
Tədbir maraqlı viktorina və müsabiqələrlə müşayiət olundu.
“Bir” Tələbə-Könüllü Proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Könüllüləri vahid məlumat bazasında birləşdirən proqram onların fəaliyyətlərinin yönləndirilməsinə kömək edir. Proqram tələbə-könüllülərin şəxsi və peşəkar fəaliyyətlərində müstəsna əhəmiyyətə malikdir.
“Bir” proqramı tələbələrə yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai həyatlarında inkişafına imkan yaradır.
Qeyd edək ki, “Bir” tələbə-könüllülər komandasına qoşulub dövlət və beynəlxalq miqyaslı tədbirlərdə iştirak etmək üçün www.konullu.edu.az saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !