Karvan yeni layihənin icrasına start verdi -

“Karvan” yeni layihənin icrasına start verdi

“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Qədim Quba gənclərin gözü ilə!” layihəsinin icrasına start verib.
3 ərzində Quba rayonunda icra olunacaq layihənin icra olunmasında əsas məqsəd yeniyetmə və gənclərimizə Azərbaycanın tarixi keçmişə, gəzməli və gözəl mənzərəli yerlərə malik Quba rayonunu, onun tarixi və dünyaya səs salan səfalı yerlərinə təşkil ediləcək ekskursiyalar vasitəsilə tanıdılmasıdır.
Layihə çərçivəsində qədim keçmişimizin və tarixi yerlərimizin öyrənilməsi istiqamətində Quba Memorial Kompleksinə, muzey və tarixi məkanlara ekskursiya təşkil ediləcək, yeniyetmə və gənclər arasında tarixi yerlərimizin, qədim və memarlıq abidələrimizin şəkilləri əks olunan məlumatlandırıcı bukletlər paylanılacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !