ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA -

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsi ilə bağlı ətraflı danışdı. O, qeyd etdi ki, sənəd Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləmək məqsədi ilə hazırlanıb. Bildirildi ki, əslində sənəd ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir. 8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı əsas anlayışlar, görüləcək tədbirlər öz əksini tapıb. Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar.
Qanun layihəsinin hazırlanmasında iştirak edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev vurğuladı ki, sənəddə direktiv yüklənmələr həddindən çoxdur. Bu, xüsusi əsasnamələrlə aradan qaldırıla bilər. Ona görə də qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə uyğun şəkildə yenidən işlənməlidir.
Çıxış edən millət vəkilləri Musa Quliyev, Elmira Axundova, Araz Əlizadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov, Turizm Universitetinin rektor əvəzi Eldar Aslanov, fəaliyyətdə olan turizm şirkətlərinin nümayəndələri ölkədə turizmin inkişafı ilə bağlı görülən işlərdən danışdılar, təkliflərini səsləndirdilər.
Sonda qanun layihəsi üzərində təkmilləşdirmə işlərinin tamamlanması üçün sənəd işçi qrupuna qaytarıldı.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !