Qubada Ənənəvi İslam və multikultural dəyərlərin təbliği adlı layihəyə start verildi - FOTO

Qubada “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği” adlı layihəyə start verildi FOTO

Noyabrın 4-də Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba rayon Zizik kənd məscidi dini icmasının təşkilatçılığı ilə Zizik kəndində “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği” adlı layihə çərçivəsində “Azərbaycanda ənənəvi islam və onun əsas xüsusiyyətləri” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kəndi üzrə nümayəndəsi Ramin Nəcəfov, Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, insanlar arasında radikalizmə meyillənmə halları azalıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanda mövcud olan tolerantlıq dünya dövlətləri tərəfindən tədqir və təbliğ edilir. Natiq, həmçinin Azərbaycanda dinə və dindarlara dövlət qayğısını xüsusi vurğulayıb.
Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kəndi üzrə nümayəndəsi Ramin Nəcəfov və Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov çıxışlarında dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndiriblər və dövlət başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !